17 May 2024
Səhiyyə naziri Teymur Musayevdən maska tələbinin ləğvi ilə bağlı VACİB AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayevdən maska tələbinin ləğvi ilə bağlı VACİB AÇIQLAMA

26 Aprel 2022
Baxış: 418

Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib.

“Hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır. Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər” - nazir qeyd edib.

Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.