17 May 2024
Şəhidlər İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı - VİDEO + YENİLƏNİB + FOTOLAR

Şəhidlər İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı - VİDEO + YENİLƏNİB + FOTOLAR

01 Dekabr 2021
Baxış: 795

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.

AJMEDİA.İNFO "Qafqazinfo"-ya istinadən xəbər verir ki, onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib.

Digər üç şəhid - polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.








xxx

12:59

Hazırda Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasının şəhid hərbçiləri ilə vida mərasimi keçirilir.

AJMEDİA.İNFO-nun xəbərinə görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində təşkil olunub.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

xxx

10:53

Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, saat 12-də Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində şəhidlərlə vida mərasimi olacaq.

Yaxınlarının verdiyi məlumata görə, sonra hərbçilər İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.