18 May 2024
Şəhidimizin xanımı ərinin il mərasiminə gedərkən qəzada HƏLAK OLDU - VİDEO

Şəhidimizin xanımı ərinin il mərasiminə gedərkən qəzada HƏLAK OLDU - VİDEO

21 Oktyabr 2021
Baxış: 540

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

AJMEDİA.İNFO-nun APA-ya istinadən məlumatına görə, Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb.

Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.