02 May 2024
Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat ÖDƏMƏ EDİLDİ - RƏSMİ

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat ÖDƏMƏ EDİLDİ - RƏSMİ

06 Oktyabr 2022
Baxış: 417

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

O qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

Qeyd edək ki, bir müddət əvvəl şəhid qardaşına şəhid ailə üzvü statusunun verilib-verilməsi müzakirələrə səbəb olmuşdu. Məlumat üçün bildirək ki, şəhidin vərəsəsi ilə şəhid ailə üzvü ayrı anlayışlardır. (modern.az)