16 May 2024
Şəhid övladlarının NƏZƏRİNƏ!: Bu güzəştlərdən siz də İSTİFADƏ EDƏCƏKSİNİZ

Şəhid övladlarının NƏZƏRİNƏ!: Bu güzəştlərdən siz də İSTİFADƏ EDƏCƏKSİNİZ

20 Yanvar 2023
Baxış: 322

“Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər”.

AJMEDİA.İNFO bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, “Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır:

“Şəhidlərimizin övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideynləri və həyat yoldaşlarına şamil olunurdu”.

V.Bayramov bildirib ki, yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı, yaşından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır:

“Bu, şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da sözügedən hüquqdan istifadə imkanı deməkdir. Ona görə də, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”.