18 May 2024
Şəhid Mikayıl Həmidlinin oğlu dünyaya gəldi - FOTO

Şəhid Mikayıl Həmidlinin oğlu dünyaya gəldi - FOTO

23 Oktyabr 2023
Baxış: 925

Sentyabrın 19-20 Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatı zamanı şəhid olan kiçik leytenant Mikayıl Həmidlinin oğlu dünyaya gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Körpəyə Davud adı verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı olan Həmidli Mikayıl Vüqar oğlu 28 dekabr 1998-ci ildə Masallı şəhərində anadan olub. O, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu tərəfindən başladılan lokal xarakterli antiterror əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.