20 May 2024
Şəhid anasından Şəhidlər Xiyabanında oğurluq edildi

Şəhid anasından Şəhidlər Xiyabanında oğurluq edildi

28 Aprel 2023
Baxış: 419

Mingəçevirdən olan şəhid qardaşlar Əli və İslam Əhmədovların anası Sevinc Əhmədovanın Şəhidlər Xiyabanında çantasından şəxsi əşyaları oğurlanıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, o, iki gün öncə oğullarının məzarını ziyarət üçün Şəhidlər Xiyabanına gedib. Məzarlarını təmizləmək istəyən ana dəsmal yumaq üçün çantasını orada qoyaraq uzaqlaşıb. Qayıdanda çantasından telefon və pulqabının oğurlandığını görüb. Bu telefonda isə övladları ilə olan videogörüntüləri və səsyazıları olub.

Qeyd edək ki, İslam və Əli Əhmədovlar Vətən müharibəsində şəhid olub.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub:

“Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir".axar.az