02 May 2024
Şəhid ailələri və müharibə əlillərinə ŞAD XƏBƏR: 500 mənzil veriləcək

Şəhid ailələri və müharibə əlillərinə ŞAD XƏBƏR: 500 mənzil veriləcək

22 İyul 2022
Baxış: 398

Yaxın iki ayda daha 500 mənzil şəhid ailələri və müharibə əlillərinə veriləcək.


AJMEDİA.İNFO xəbər verir ki, bu haqda məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında verilib.


İclasda qeyd edilib ki, 2021-ci ildə 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu say 3 il əvvələ nisbətən 5 dəfə çoxdur. 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, bunun da 600 ədədi təqdim olunub.


44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib.