17 May 2024
Şəhid adını daşıyan bağça, yoxsa rəzalət? - VİDEO

Şəhid adını daşıyan bağça, yoxsa rəzalət? - VİDEO

01 Fevral 2022
Baxış: 629

İstifadəyə yararsız halda olan bina vaxtilə Masallının Böyük Xocavar kəndinin bağçası kimi fəaliyyət göstərib.

AJMEDİA.İNFO xəbər verir ki, Fəaliyyəti dövründə yaxın üç kəndin sakinləri də bu bağçadan istifadə edib. Hazırda isə vəziyyət acınacaqlıdır.

1994-cü ildə şəhid olan Emil Əzizovun adını daşıyan bağçanın problemlərini sadalamaqla bitməz. Özü də şəhid atası olan Məhəmməd Əliyev şəhid adına hörmət olunmasını istəyir.

Masallı Rayon Təhsil Şöbəsindən bildirilib ki, sovet dövründə uşaq bağçası kimi fəaliyyət göstərən bağça binası onların balansında deyil.

Böyük Xocavarla yanaşı, Banbaşı, Binə Xocavar və Köhnə Alvadı kəndlərinin daxil olduğu və 10 minə yaxın sakinin yaşadığı Banbaşı kənd icra nümayəndəliyindən isə bildirilib ki, binaya baxış keçirilib, təmiri plana salınıb.

Teqlər: Şəhid