18 May 2024
"Səhhəti ilə bağlı hər şey əladır, növbəti konserti..." - Aygün Bəylər ilə bağlı AÇIQLAMA

"Səhhəti ilə bağlı hər şey əladır, növbəti konserti..." - Aygün Bəylər ilə bağlı AÇIQLAMA

28 Dekabr 2023
Baxış: 424

Əməkdar artist Aygün Bəylər dekabrın 26-da Heydər Əliyev Sarayında konsert verib. Bir müddətdir, müalicə alan sənətçinin yorğun halı diqqətdən yayınmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Sfera.az Aygün Bəylərin səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün özü ilə əlaqə saxlamağa çalışıb, lakin zəngi adını vermək istəməyən bir yaxını cavablandırıb.

Əməkdar artistin yaxını konsertin problemsiz keçdiyini bildirib, növbəti konsertlə bağlı suala isə belə cavab verib:

“Aygün xanımın səhhətində konsert səbəbindən heç bir narahatlıq yaranmayıb. Hər şey əla idi. Yeni konsert gözlənilir, ancaq dəqiq vaxt müəyyənləşdirilməyib”.

Qeyd edək ki, konsertdə Əməkdar artisti dinləməyə gələnlər arasında qızı Canan, Azərbaycan Respublikasının Xalq artisti, məşhur kamança ifaçısı Ağacəbrayıl Abasəliyev, Xalq artisti Həmidə Ömərova, müğənni Nigar Camal da olub.

Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə özünün "Mehribani" simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edib. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlanacaq.

Xatırladaq ki, Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.