06 May 2024
Səfərbərliyə çağırılan rusiyalı özünü YANDIRDI - VİDEO

Səfərbərliyə çağırılan rusiyalı özünü YANDIRDI - VİDEO

26 Sentyabr 2022
Baxış: 341

Rusiyada qismən səfərbərlik elan olunandan sonra məntəqələrdə çağırışçılarla bağlı daha bir hadisə qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ryazanda “Mərkəzi” avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.

Hadisə şahidinin sözlərinə görə, səfərbər olunan şəxs Ukraynaya döyüşməyə getmək istəmədiyi üçün belə bir addım atıb.

“O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırırdı. Birdən yanmağa başladı. Bütün paltarı yandı... Sonra təcili yardım gəldi və onu apardı”, - deyə hadisə şahidi bildirib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.