20 May 2024
Səfər Mehdiyevin daha bir kadrı İŞDƏN ÇIXARILDI - FOTO

Səfər Mehdiyevin daha bir kadrı İŞDƏN ÇIXARILDI - FOTO

16 Avqust 2022
Baxış: 372

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO qaynarinfo-ya istinadən xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov "Abşeron" gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.