21 May 2024
Səfər Mehdiyevin daha bir kadrı İŞDƏN ÇIXARILDI - FOTO

Səfər Mehdiyevin daha bir kadrı İŞDƏN ÇIXARILDI - FOTO

05 Avqust 2022
Baxış: 410

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

AJMEDİA.İNFO xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Daha əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.