19 May 2024
Seda Sayanın ÖGEY OĞLUNDAN ETİRAZ: "Öz anam hər zaman arxamdadır" - FOTO

Seda Sayanın ÖGEY OĞLUNDAN ETİRAZ: "Öz anam hər zaman arxamdadır" - FOTO

02 Avqust 2022
Baxış: 551

Müğənni Seda Sayanın 11 yaşlı ögey oğlu Artur Ötken ünvanına səslənən tənqidlərə etiraz edib.

AJMEDİA.İNFO xəbər verir ki, azyaşlının sosial şəbəkə izləyicilərindən biri ona "Seda kimi anan var, arxan yerə gəlməz" sözlərini söyləyib.

Bundan qəzəblənən Artur "Seda mənim anam deyil, mən ona "bacı" deyirəm. Öz anam sayəsində arxam yerə gəlməz. Seda bacı deyil, anam hər zaman mənim arxamdadır".

Xatırladaq ki, 59 yaşlı Seda Sayan özündən 24 yaş kiçik musiqiçi Çağlar Ötkenlə ailə həyatı qurub. Bu, Çağların ikinci, Sedanın isə 7-ci evliliyidir. Ötkenin ilk ailə həyatından 11 yaşlı Artur adlı övladı var.