06 May 2024
Seçki vaxtı Paşinyanın küçədə pivə satan oğlu seçkidən sonra "ARADAN ÇIXDI" - VİDEO

Seçki vaxtı Paşinyanın küçədə pivə satan oğlu seçkidən sonra "ARADAN ÇIXDI" - VİDEO

05 İyul 2021
Baxış: 868

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan paytaxt İrəvanın Abovyan küçəsindəki pivə satışını dayandırıb.

AJMEDİA.İNFO Ermənistanın “İravunk” qəzetinə istinadən bildirir ki, Aşot Paşinyan seçkilərdən əvvəl atasının seçkiqabağı təbliğatına dəstək vermək üçün Abovyan küçəsi 26 ünvanında yerləşən kafelərdən birinin qarşısında pivə satırmış.

Qəzet yazır ki, Paşinyanların məqsədi əslində pul qazanmaq olmayıb. Onlar özlərini insanlara “sadə vətəndaş” olaraq təqdim etməyə çalışıblar. Bildirilir ki, küçədə pivə satan Aşot Paşinyanı kənardan 4 nəfər mühafizəçi qoruyub.

“İravunk” qəzeti yazır ki, seçkilər başa çatdıqdan və Paşinyan qələbə qazandıqdan sonra Aşot Paşinyan da küçədə pivə satışını dayandırıb. Artıq bir-neçə gündür Aşot Paşinyanın həmin ünvana gəlmədiyi bildirilir.(yeniavaz.com)

Aşot Paşinyanın küçədə pivə satdığı zaman lentə alınan görüntüləri təqdim edirik: