18 May 2024
Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı... - Tərəflər məhkəməlik oldu!

Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı... - Tərəflər məhkəməlik oldu!

13 Dekabr 2023
Baxış: 524

Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdığın onu məhkəməyə verdiyini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, MTV Azərbaycanda "Tarixin bir günü” verilişində bu haqda danışan müğənni, məhkəməyə verilən tək müğəninin o olmadığını da qeyd edib.

"Mənim adımı dünyasını dəyişən anam qoyub. Şəbnəm xanımın adi insanlarla işi yoxdur. Amma səhnə adı Şəbnəm olanları məhkəməyə verir. Mənə artıq Nərimanov rayon məhkəməsindən sənədlər gəlib. Şəbnəm Qəhramanovanı da məhkəməyə verib. Mənə zəng edir, aqressiv danışır. Burdan efir vasitəsilə deyirəm. Anam 29 yaşında dünyasını dəyişib və sizin fanatınız olub hər iki valideynim. Ona görə sizin adınızı qoyublar mənə. Dəfələrlə bunu sizə deməyimə rəğmən, siz necə bunu edə bildiniz? Qanun qarşısında boynum qıldan incədir amma məndən nə istəyirsiniz? Mənə deyirsiz adımı Şəbnur edim, Şəbtac edim. Bu nə düşüncəsizlikdir? Məhkəməyə gələcəm, vəkilim də var. Amma sizə görə əsla adımı dəyişdirməyəcəyəm!”(azxeber.com)