19 May 2024
Saxlanılan NİDA-çıya 20 sutka verilib

Saxlanılan NİDA-çıya 20 sutka verilib

23 İyun 2023
Baxış: 450

NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elmir Abbasova 20 sutka həbs cəzaı verilib.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.


“NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elmir Abbasovdan ötən gün (21 iyun – red.) axşam saatlarından etibarən xəbər almaq mümkün deyil. Ən son axşam 22:00-da anası ilə əlaqə saxlayıb və evə nə lazım olduğunu soruşub. Bütün gecə və səhər evə getməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NİDA məlumat yayıb.
“Müraciət olunan aidiyyəti qurumlar hər hansı məlumatlarının olmadığını qeyd edirlər. Elmir Abbasov son günlərdə Gədəbəydə baş verən hadisələrə ictimai dəstək verir, polisi və onun qanunsuz hərəkətlərini tənqid edirdi. Bu məqamlar onun elə hüquq-mühafizə orqanları tərəfindən “oğurlandığını” düşünməyimizə səbəb olur. Onun guya ictimai asayişi pozduğu iddia edilir. Əsl səbəb isə Elmir Abbasovun Gədəbəydə yaşlı qadınlara gözyaşardıcı qaz püskürdən polisləri təndiq etməsi olub. O, polisləri “əxlaqsız insan” adlandırıb. Bu ifadələr onun həbsinin əsas səbəbləridir”, - məlumatda bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un sorğusuna cavab olaraq Elmir Abbbasovun saxlanılması xəbərini təsdiqləyib:
“Saxlanılıb, araşdırma aparılır”.