20 May 2024
Saxlanılan etirazçıların sayı açıqlanıb

Saxlanılan etirazçıların sayı açıqlanıb

05 İyul 2023
Baxış: 493

Fransada altı gün davam edən etirazlar zamanı polis 1 124-ü azyaşlı olmaqla 3 625 etirazçını saxlayıb.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, bu günə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və bu, yekun rəqəm deyil.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Fransa cəmiyyətində polis zorakılığı, irqçilik və digər sosial problemlər beynəlxalq medianın mövzusuna çevrilib. Üstəlik, təkcə polis zorakılığı deyil, həm də hökumətin belə hadisələrə reaksiyası da ciddi müzakirə edilir.

Xatırladaq ki, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib.

Teqlər: