20 May 2024
Şavkat Mirziyoyev Özbəkistan prezidentliyinə namizəd kimi irəli sürüləcək

Şavkat Mirziyoyev Özbəkistan prezidentliyinə namizəd kimi irəli sürüləcək

13 May 2023
Baxış: 541

Özbəkistan Liberal Demokrat Partiyasının (UzLiDeP) siyasi şurası Şavkat Mirziyoyevin prezidentliyə namizədliyini qarşıdan gələn qurultayda baxılması üçün təsdiqləyib.

Bu barədə siyasi partiyanın mətbuat xidmətindən bildirilib.

"Son illər dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə əsaslı islahatlar aparılıb. Müasir bazar münasibətlərinin tələbləri əsasında sahibkarlıq fəaliyyətinin daha da liberallaşdırılması, o cümlədən sahibkarların fəaliyyətinin müxtəlif növ yoxlamalarına moratoriumun tətbiqi, lisenziyalaşdırma və icazə prosedurlarının köklü sadələşdirilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, rəqabəti dəstəkləməklə dövlətin iqtisadiyyatda iştirakı istiqamətində bir sıra tədbirlər həyata keçirilib", - deyə açıqlamada bildirilir.

Partiyadan bildirilib ki, "bütün nailiyyətlər, şübhəsiz ki, Şavkat Miromonoviç Mirziyoyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsidir".

Teqlər: