21 May 2024
Şamaxıda obyekt sahibi barəsində araşdırma başlandı

Şamaxıda obyekt sahibi barəsində araşdırma başlandı

08 Dekabr 2021
Baxış: 488

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində polis şöbəsinin istintaq bölməsində araşdırma başlanıb.