21 May 2024
Şairə Nazilə Səfərli sabiq Baş nazirin nəvəsinin toyuna nə qədər PUL YAZDIRIB? - VİDEO

Şairə Nazilə Səfərli sabiq Baş nazirin nəvəsinin toyuna nə qədər PUL YAZDIRIB? - VİDEO

22 Aprel 2022
Baxış: 609

Ötən gün sabiq nazir Novruz Məmmədov qızı Firuzənin övladı Qasıma toy edib.

AJMEDİA.İNFO BAKU.WS-ə istinadən xəbər verir ki, sözügedən məclisdə bir sıra tanınmışlar, o cümlədən şou-biznes nümayəndələri də yer alıblar. Onlar arasında Xalq artistləri, Əməkdar artistlər və müğənnilər olub.

Şairə Nazilə Səfərli də məclisə təşrif buyuran tanınmışlar arasında olub. O toya xeyli pul salıb. Həmin görüntülərin videosu yayılıb. Görüntülərdən Səfərlinin məclisə 500 dollar (təxminən 850 AZN) pul yazıldığı məlum olub.

Xatırladaq ki, N. Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

Həmin görüntüləri təqdim edirik: