20 May 2024
Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb

Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb

25 Sentyabr 2023
Baxış: 779

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Demirspor" klubunda debüt edib.

29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə bitib - 2:1.