20 May 2024
Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Baltikyanı ölkələrə rəsmi səfər edəcək

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Baltikyanı ölkələrə rəsmi səfər edəcək

31 Yanvar 2022
Baxış: 426

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Latviya, Litva və Estoniya respublikalarında rəsmi səfərdə olacaq.

AJMEDİA.İNFO xəbər verir ki,Nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri bu ölkələrin parlament sədrləri, parlamentlərarası dostluq qrupları və digər rəsmi şəxslərlə də bir sıra görüşlər keçirəcək, qarşılıqlı əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rəsmi səfər fevralın 1-dən 7-dək nəzərdə tutulub.