20 May 2024
Sabirabad İH-dən dərman içən qazilərlə bağlı – Açıqlama

Sabirabad İH-dən dərman içən qazilərlə bağlı – Açıqlama

02 Dekabr 2023
Baxış: 387

Ötən gün Sabirabad rayonunda Vətən müharibəsinin üç qazisi intihara cəhd edib.
AJMEDİA.İNFO
xəbər verir ki, məsələ ilə bağlı Sabirabad İcra Hakimiyyəti açıqlama yayıb.
“30.11.2023-cü il tarixdə S.Zeynalov və F.Zeynalov dərman preparatlarından zəhərləndikləri ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktorunun və rayon Polis şöbəsinin verdiyi məlumata görə S.Zeynalov və F.Zeynalovun həyatı üçün təhlükə yoxdur. S.Zeynalov və F.Zeynalovun qanuna zidd hərəkətləri ilə bağlı RİH və H.Süleymanov tərəfindən hüquq-mühafizə orqanlarına müraciətlər olunmuşdur.
Əlavə olaraq bildiririk ki, S.Zeynalova RİH tərəfindən müxtəlif vaxtlarda maddi köməklik göstərilmiş, RİH-nin təşəbbüsü ilə Ulacalı bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 900 kv.metr torpaq sahəsi istifadəsinə verilmiş və hazırda sənədləşmə işləri aparılır. 2023-cü ildə müharibə əlili kimi Sabunçu rayonu Ramana qəsəbəsində 3 otaqlı mənzillə təmin edilmişdir.
F.Zeynalova da RİH tərəfindən maddi köməklik göstərilmişdir. F.Zeynalov RİH başçısının 01.03.2022-ci il tarixli 32 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüş, RİH-nin təşəbbüsü ilə Ulacalı bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 300 kv.metr torpaq sahəsi istifadəsinə verilmiş və hazırda sənədləşmə işləri aparılır”, - məlumatda deyilir.yeniavaz.com