17 May 2024
Sabiq Prezidentin Gürcüstana qayıdışı ölkəyə nə vəd edir?: Saakaşvili nəyə arxayındır?  - Rüstəm Tağızadənin YAZISI

Sabiq Prezidentin Gürcüstana qayıdışı ölkəyə nə vəd edir?: Saakaşvili nəyə arxayındır? - Rüstəm Tağızadənin YAZISI

02 Oktyabr 2021
Baxış: 1228

Oktyabr ayının 1-ində Mixail Saakaşvili sosial şəbəkə hesabından Batumidə olduğunu açıqladı. O, əhalini seçkiyə, bundan əlavə seçikinin sabahı günü xalqı mitinqə çağırdı. Gecə saatlarında Mixail Saakaşvili Gücüstan xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanaraq həbs edildi. Bələdiyyə seçkiləri ərəfəsində Saakaşvilinin Gürcüstana qayıdışı yeni siyasi proseslərin yaranmasına gətirib çıxaracaq. Saakaşvilinin uzun müddət həbsdə qalması real görsənmir.

ABŞ və Avropa Gürcüstana siyasi təzyiqi artıracaq. Gürcüstan höküməti dilemma ilə üz-üzə qalıb. Saakaşvilinin Gürcüstana qayıtmağı və həbsi onun siyasi nüfuzunu artıracaq. Ukrayna vətəndaşı olan Mixail Saakaşvilinin Gürcüstana qayıtmasında məqsəd vardır. Bildiyimiz kimi ötən il keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı.

Qarşıdurma genişlənəndə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel irəli durdu və problemin həlli üçün təklif irəli sürdü: Təflik nədən ibarət idi?


“Gürcü Arzusu” partiyası bələdiyyə seçkilərində (02.10.2021-ci il) 42 faiz səs toplamasa, növbədənkənar parlament seçkilərini öhdəsinə götürəcək. Bu cür gərgin vəziyyətdə Saakaşvilinin ölkəsinə qayıtması hökuməti daha da çətin vəziyyətə salır. Hakim “Gürcü Arzusu”nun siyasi böhran həddinə çatan çətin durumunu bir yandan da sosial-iqtisadi sahədəki problemlər ağırlaşdırır. Pandemiyanın vurduğu zərbədən özünə gəlməkdə çətinlik çəkən hökumət bu yaxınlarda həm də böyük bir investisiya qalmaqalı ilə üzləşib.

Belə ki, Gürcüstanın qərbində Namaxvani Su Elektrik Stansiyasının(SES) tikintisi ilə bağlı hələ 2019-cu ildə Türkiyənin dünyaca məşhur “ENKA” şirkətilə bağlanmış investisiya sazişi pozulub. Daha doğrusu, az qala Gürcüstanın illik büdcəsinə bərabər kapitallaşmaya (5.4 milyard dollar) malik “ENKA”, SES tikintisi layihəsinin icrasını dayandırdığını və anlaşmadan çıxdığını bəyan edib. Buna səbəb isə Gürcüstan hökumətinin layihənin icrasına lazımi şəraiti yarada bilməməsidir. Bu hadisələr Gürcütanın investisiya siyasətinə ağır zərbə vurdu.

Marağı cəlb edən nüans odur ki, Mixail Saakaşvili öz ayağı ilə həbsə gəlib, yoxsa onu Gürcüstana gətirən gücə arxayındır. Mövcud vəziyyəti ABŞ və Avropa yaxından izləyir. Hadisələrin sonrakı inkişafı isə Gürcüstanda vəziyyəti sabitlikdən xaosa apara bilər. Ukraynada Prezident Zelenski tərəfindən vəzifəyə təyin edilən Saakaşvili iqtisadi islahatlar həyata keçirə bilmədi. Səbəbi sadədir. Ukraynada mövcud olan güclü oliqarxlar buna imkan verməzdi. Saakaşvilinin Gürcüstanda qarşısına çıxan maneə isə “Gürcü Arzusu” partiyasıdır. Bəlkə də Saakaşvili doğru zamanda doğru yerdə mövqe tutaraq hadisələri öz xeyrinə dəyişə biləcək.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO