18 May 2024
Şabak və İHQ əsgər qaçırılmasına və israillilərə qarşı terror hücumlarına hazırlaşan PFLP hücrəsini ortaya çıxartdı

Şabak və İHQ əsgər qaçırılmasına və israillilərə qarşı terror hücumlarına hazırlaşan PFLP hücrəsini ortaya çıxartdı

21 İyul 2020
Baxış: 420

21 İyul Çərşənbə axşamı günü Baş Təhlükəsizlik Xidməti (ŞABAK) və İFF Fələstin Qurtuluş Xalq Cəbhəsinin bir hissəsi olan terror hücrəsini aşkarladığı haqqında məlumat yayıb.

Yayılan məlumata görə, terrorçular Fələstin Muxtariyyətinin sakinlərinə sosial yardım təşkil etmə adı altında hərəkət ediblər.

İstintaq, Arabé (Jenin yaxınlığında) sakini olan 23 yaşlı PFLP fəalı Yazan Abu Salahın dindirilməsi ilə başlayıb. O, 2020-ci ilin aprelində tutulmuş və istintaq zamanı onun Yəhudiya və Samariyada terror aktlarının hazırlanmasında iştirakı barədə məlumat vermişdir. Hücumlara hazırlaşarkən Əbu Salah silah aldığı və iki kiçik qrupa bölünən digər yaraqlıları işə cəlb etmişdir: biri Ramallah bölgəsində, digəri isə Samariyada. Saxlanılanlar Xariş kəndində terror aktı hazırladıqları və həmçinin İsrail həbsxanalarında terrorçuların sərbəst buraxılması barədə danışıqlar aparmaq üçün əsgərin qaçırılmasını planlaşdırırdılar.

Daha sonra israillilərə qarşı terror hücumları hazırlamaqda şübhəli bilinən və bu hücrənin bir hissəsi olan daha 8 fələstinli ərəb tutulduğu bildirilir.

Teqlər: ŞABAK