16 May 2024
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

25 Mart 2022
Baxış: 354

Bakıda və Abşeron yarımadasında martın 26-da gün ərzində arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6°, gündüz 8-12°, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.