19 May 2024
Sabahdan Moskvada karantin rejimi ləğv olunur

Sabahdan Moskvada karantin rejimi ləğv olunur

08 İyun 2020
Baxış: 416

Sabahdan Rusiya paytaxtında koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ləğv olunur.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O, iyunun 9-dan paytaxt ərazisində özünütəcrid və xüsusi buraxılış rejimlərinin ləğv olunduğunu qeyd edib.

Moskva merinin sözlərinə görə, sabahdan etibarən paytaxtda gözəllik salonları, bərbərxanalar və məhdudlaşdırmaların tətbiq olunduğu karşerinq xidməti fəaliyyətini davam etdirəcək, uşaq bağçalarının fəaliyyətinə isə iyunun 23-dən icazə veriləcək.

S. Sobyanin yaşı 65-dən yuxarı olan insanların da sərbəst şəkildə küçəyə çıxmasına, şəhərdə hərəkət etməsinə tətbiq olunan qadağanın götürüldüyünü vurğulayıb.

Teqlər: Sabah