18 May 2024
Sabaha qar gözlənilir - PRQONOZ

Sabaha qar gözlənilir - PRQONOZ

25 Dekabr 2023
Baxış: 264

Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.