19 May 2024
"Sabah saat 08:00-dan..." - XƏBƏRDARLIQ

"Sabah saat 08:00-dan..." - XƏBƏRDARLIQ

22 Mart 2023
Baxış: 341

Sabah saat 08:00-dan martın 24-də saat 22:00-a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.


Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.