16 May 2024
“Sabah kursları”nın müəllimi faciəvi şəkildə öldü - FOTOLAR

“Sabah kursları”nın müəllimi faciəvi şəkildə öldü - FOTOLAR

06 Oktyabr 2023
Baxış: 542

Bakıda ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində minik avtomobili 1988-ci il təvəllüdlü Tahir Zeynalovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Bildirilir ki, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, gecə saatlarında dəmir arakəsməni keçərək yolun əks tərəfinə doğru hərəkət edib və bu zaman avtomobil tərəfindən vurulub.

T.Zeynalov doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.


(qafqazinfo)