18 May 2024
Sabah bu rayonlarda QAZ OLMAYACAQ - Əhaliyə XƏBƏRDARLIQ!

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - Əhaliyə XƏBƏRDARLIQ!

13 Sentyabr 2022
Baxış: 402

Sabah Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AJMEDİA.İNFO-ya bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sabah saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.