Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
20 saat əvvəlSabah BU RAYONDA su kəsiləcək - XƏBƏRDARLIQ
24 May 2023
Baxış: 368
Sabah Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.