20 May 2024
Sabah: ABŞ-ın FOX telekanalı Türkiyənin İstanbulsuz xəritəsini təqdim edib

Sabah: ABŞ-ın FOX telekanalı Türkiyənin İstanbulsuz xəritəsini təqdim edib

29 Avqust 2023
Baxış: 557

“Sabah” qəzeti xəbər verir ki, ABŞ-ın FOX telekanalı İstanbulu əks etdirmədən ölkənin xəritəsini təqdim edərək Türkiyəyə qarşı təxribat törədib.

“Türkiyədə əsassız və uydurma xəbərlər yayan Amerikanın FOX telekanalı yeni qalmaqala düşüb. FOX News xəbər saytı öz xəbərlərində istifadə etdiyi Yaxın Şərq xəritəsinə Türkiyəni də daxil edib. Xəritədəki bir detal diqqətimizdən yayınmadı. Kanalın istifadə etdiyi Türkiyə xəritəsində İstanbulun yer almadığı müşahidə edilib.

Nəşr qeyd edir ki, kanal “Türkiyədə keçirilən prezident seçkiləri və Kahramanmaraşdakı dağıdıcı zəlzələlər zamanı yaydığı yalan xəbərlərlə” cəmiyyətin “əsəblərini qarışdırıb”.

“Amerika telekanalı İstanbulsuz Türkiyə xəritəsindən istifadə edərək böyük təxribat törədib”, - qəzet vurğulayıb.

ajmedia.info