18 May 2024
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

04 İyun 2022
Baxış: 345

Azərbaycan ərazisində iyunun 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Bu barədə AJMEDİA.İNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35° C isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 22-27° isti olacaq.