18 May 2024
Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edildi

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edildi

10 Noyabr 2021
Baxış: 531

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər kəndində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.