18 May 2024
"Rusiyaya “ayı xidməti” göstərir, donuz tövləsinə getsin" - Erməni deputatlar Lukaşenkonu TƏHQİR ETDİLƏR

"Rusiyaya “ayı xidməti” göstərir, donuz tövləsinə getsin" - Erməni deputatlar Lukaşenkonu TƏHQİR ETDİLƏR

08 Fevral 2022
Baxış: 650

Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı bəyanatı işğalçı ölkənin parlamentində də sərt təpki ilə qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, erməni deputatlar Lukaşenkonun rusiyalı teleaparıcı Solovyova müsahibəsində İttifaq dövlətinin genişlənməsi perspektivlərindən danışarkən “Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdırmı?” fikirlərinə etiraz ediblər.

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatlar bu cür bəyanatları qəbuledilməz və dövlət lideri üçün yersiz adlandırıblar.

Hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Akopyan isə “Ermənistan kimə lazımdır” sualına cavab olaraq Qazaxıstanda baş verənləri xatırladıb.

“Bu qiymətləndirmələr qınaq doğurur. Tərəfdaş ölkənin rəhbərinin digər tərəfdaş ölkə haqqında belə fikirlər söyləməyə haqqı yoxdur. Mən Qazaxıstanda baş verən son hadisələri xatırlatmaq istəyirəm ki, Ermənistan kimə lazımdır. Əminəm ki, cənab Lukaşenko Ermənistan Respublikasının kimə və kimə lazım olduğunu hamıdan yaxşı başa düşür”, - Akopyan bildirib.

Öz növbəsində, hakim fraksiyadan olan digər deputat Ovik Ağazaryan bildirib ki, Lukaşenko Rusiya hakimiyyətinə “ayı xidməti” göstərir.

O, belə bəyanatlar verməzdən əvvəl Lukaşenkoya məsləhət görüb ki, Minskdə “donuz tövləsini” xatırladan hava limanına getsin.