Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensi...
1 saat əvvəl“Rusiyanın Ukraynaya hücumunun məqsədi Zelenskinin şəxsən məhv edilməsidir” - PODOLYAK
25 Fevral 2022
Baxış: 431
“Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi Prezident Vladimir Zelenskinin şəxsən məhv edilməsidir”.
AJMEDİA.İNFO “strana.news”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə bildirib.
Prezident Ofisi hesab edir ki, qarşıdakı günlər ən çətin günlər olacaq.
Podolyak, həmçinin Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyi, məğlub və təslim olduğu barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əsas magistrallar Ukraynanın nəzarətindədir və əvvəlki qaydada işləyir.