17 May 2024
Rusiyanın Ukrayna ilə müharibədəki İTKİLƏRİ - ŞOK SİYAHI

Rusiyanın Ukrayna ilə müharibədəki İTKİLƏRİ - ŞOK SİYAHI

01 İyul 2022
Baxış: 350

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 750-yə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 577 ədəd tankı, 3 736 ədəd zirehli döyüş maşını, 796 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 186 ədəd helikopteri, 143 qanadlı raketi, 2 610 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 645 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.