20 May 2024
Rusiyanın qərarı gərginlik yaratdı - Döyüşə türklər göndərilir

Rusiyanın qərarı gərginlik yaratdı - Döyüşə türklər göndərilir

30 Noyabr 2023
Baxış: 499

Rusiyanın yeni döyüş birləşmələri yaratmaq və ya Mərkəzi Asiya ölkələrindən kişiləri səfərbər etməklə mövcud bölmələrdəki itkiləri kompensasiya cəhdləri Kremlə yeni problemlər yarada bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW qeyd edir ki, Moskvanın Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını səfərbər etməkdə israrlı olması Rusiya ilə qonşuları arasında gərginlik yarada bilər. Bölgə ölkələri Rusiya Ukraynaya qarşı döyüşən vətəndaşları cəzalandırmaq üçün muzdlularla mübarizə haqqında qanunlardan getdikcə daha çox istifadə edirlər.

Noyabrın 28-də Qazaxıstan məhkəməsi Aleksey Şompolovu “Vaqner” qrupunun sıralarında döyüşdüyünə görə 6.8 il müddətinə azadlıqdan məhrum edib. Oxşar qərarlar Özbəkistan və Qırğızıstan məhkəmələri tərəfindən də çıxarılıb.

Rusiyanın millətçi dairələri Qazaxıstan hakimiyyətini tənqid edir, onu “anti-Rusiya” mövqeyi”ndə günahlandırırlar.

ABŞ institutunun fikrincə, belə halların sayı artarsa, Rusiyada və onun qonşularla münasibətlərində gərginliyin səviyyəsi də dəyişəcək.