19 May 2024
Rusiyanın Qarabağa buraxdığı İran casusları - Komandosların hərəkətə keçmək zamanı

Rusiyanın Qarabağa buraxdığı İran casusları - Komandosların hərəkətə keçmək zamanı

03 Dekabr 2022
Baxış: 536

Təhlükəsizlik eksperti və hərbi ekspertdən SOS siqnalı; Azərbaycan Laçın yoluna nəzarət üçün təcili addımlar atmalıdır...

Xəbər verildiyi kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar öz mandatlarına zidd daha bir addım atıblar. Onlar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxslərin hamısı İran (!) vətəndaşıdır. Özü də onlardan 12-si xeyli erməninin yaşadığı Huzestan vilayətinin İzeh şəhərindəndir.

O da bəlli olub ki, həmin 14 nəfər noyabrın 24-də günorta saat 13-14 radələrində 34-QA-444 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə sülhməramlıların postundan keçərək Xankəndinə gəliblər. Bildirilir ki, İzeh şəhərində terror və təxribat üzrə ixtisaslaşmış İran xüsusi xidmət orqanlarının məxfi bazası yerləşir. Yəni Xankəndinə gələn “əcnəbilərin” İran xüsusi xidmət orqanlarının əməkdaşları olduğuna şübhə yoxdur.

Əldə olunan digər məlumata görə, iranlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni qeyri-qanuni silahlı birləşmələrinə terror-təxribat təlimləri keçmək məqsədi ilə gəliblər. Onların Qarabağda terrorçu qruplaşmalara İran istehsalı olan silahlardan istifadə etmək üçün təlim keçə biləcəyi də bildirilir. Odur ki, Azərbaycan komandoslarının hərəkətə keçməsi üçün əsl vaxtdır.

Əlavə edək ki, Bakı ilə İrəvan arasında şifahi anlaşma var ki, Laçın yolu ilə Qarabağa yalnız Ermənistan vətəndaşı olan sadə vətəndaşlar və Qarabağdakı mülki erməni əhali gedib-gələ bilər, nəinki vəziyyəti qarışdırmaq istəyən erməni kriminal və siyasi elementlər, həmçinin üçüncü ölkə vətəndaşı olan təxribatçılar. Buna nəzarət eləmək isə Rusiya “sülhməramlı” kontingentinin bilavasitə borcudur.

Yeni Müsavat