18 May 2024
“Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur” - ABŞ Dövlət katibi

“Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur” - ABŞ Dövlət katibi

30 Mart 2022
Baxış: 488

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa və qoşunlarını çıxarmağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə Mərakeşdə həmkarı Nasser Burita ilə birgə mətbuat konfransında bildirib.

Blinken Rusiyanın Ukraynaya indiyə qədər vəhşicəsinə davrandığını qeyd edib:

"Rusiyanın hücumu ukraynalı uşaqların yarısını didərgin saldı. İndi onlar bu hücumu dərhal dayandırmalı, qoşunlarını geri çəkməli və danışıqlara başlamalıdırlar".

O əlavə edib ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur:

"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq".

ABŞ Dövlət katibi Moskvanı dünyada bir çox məhsulların tədarükünün dayandırılmasının arxasında durmaqda ittiham edib.

Qeyd edək ki, Yaxın Şərq səfəri çərçivəsində 27-28 mart tarixlərində İsraildə keçirilən Nəcəf Sammitinə qatılan Blinken Mərakeşə dünən axşam gəlib.