16 May 2024
“Rusiyanın ərazi iddiası yoxdur” - Putin

“Rusiyanın ərazi iddiası yoxdur” - Putin

28 İyun 2021
Baxış: 612

“Rusiya ilə Çin arasındakı ticarət həcmi 2001-ci ildən bu yana 14 dəfə artıb. Ticarət həcmimiz qlobal maliyyə böhranlarına və epidemiyaya baxmayaraq böyüyür. Bu ilin yanvar-aprel dövründəki böyümə 22%-i keçib. Bu da ilin sonunda yeni bir ticarət rekordu deməkdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Xi Jinpinqlə videokonfrans vasitəsilə keçirdiyi görüşdə deyib.

Putin Çinlə Rusiya arasında qarşılıqlı ərazi iddiasının olmadığına diqqət çəkib:

“Qarşılıqlı ərazi iddialarının olmaması və ölkələrimizin ortaq sərhədlərini əbədi sülh və dostluq kəmərinə çevirmək əzmi önəmlidir. Sərhəddəki işlərimiz də daxil olmaqla bunun üçün çox şey etdik. İllərdir bunun üzərində çalışırıq, həm Çin, həm də Rusiya tərəfindən qəbul edilən və lazım olan bu nəticəni əldə etdik”.

Putin Rusiya ilə Çin arasındakı maliyyə əməkdaşlığının gücləndiyini də vurğulayıb:

“Enerji sahəsindəki əməkdaşlığımız strateji bir quruluş qazandı. Qarşılıqlı ticarətdə milli valyutaların istifadəsi də daxil olmaqla maliyyə sahəsində əməkdaşlıq getdikcə güclənir”.(teleqraf)