05 May 2024
Rusiyanın CAVAB TƏDBİRİ - Putin iki gün VAXT VERDİ

Rusiyanın CAVAB TƏDBİRİ - Putin iki gün VAXT VERDİ

09 Mart 2022
Baxış: 522

Rusiyada bəzi məhsulların və xammalın idxal-ixracı qadağan olunacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin fərman imzalayıb.

O, məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarının iki gün ərzində müəyyən edilməsi barədə tapşırıq verib.

Putin, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etmək üçün göstəriş verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Böyük Britaniya Rusiyadan neft-qaz idxalını qadağan etdiyini açıqlayıb.