06 May 2024
Rusiyalı polkovnik-leytenant Ukraynada ƏSİR DÜŞDÜ

Rusiyalı polkovnik-leytenant Ukraynada ƏSİR DÜŞDÜ

22 Mart 2022
Baxış: 582

Ukraynada Zakarpat Briqadasının əsgərləri rusiyalı polkovnik-leytenant Aleksandr Koşeli əsir götürüblər.

AJMEDİA.İNFO RBC-Ukraina-ya istinadən xəbər verir ki, o, Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, general-leytenant Mixail Zusk ilə birbaşa əlaqə saxlayır və şəxsən gündəlik hesabatlar verirmiş.

Bu barədə 128-ci Əlahiddə Dağ-Hücum Zakarpat Briqadasının hərbçisi Yaroslav Qalas “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, Koşeli ələ keçirildikdən dərhal sonra ruslar onu azad etmək üçün xeyli qüvvə göndəriblər. Eyni zamanda, əməliyyatlara aviasiya da cəlb edilib.

Əsir götürülən şəxs arxa cəbhədə təhlükəsiz yerə aparılıb.