20 May 2024
Rusiyalı müxalifətçi Aleksey Navalnı VƏFAT ETDİ

Rusiyalı müxalifətçi Aleksey Navalnı VƏFAT ETDİ

16 Fevral 2024
Baxış: 378

Rusiyalı siyasətçi Aleksey Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Bu barədə AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir.

Məlumata görə, 47 yaşlı siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.

Onun ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

***

Mənbənin RT-yə verdiyi məlumata görə, Navalnı tromb yaranması səbəbindən vəfat edib.

(qafqazinfo)