Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
dünən 18:00Rusiyalı ekspert Ermənistanı revanşizm cəhdlərindən əl çəkməyə çağırdı
09 Noyabr 2021
Baxış: 246
Azərbaycanın təqviminə əsrlər boyu qeyd ediləcək yeni və çox ciddi tarix daxil oldu. Azərbaycan ciddi iş görüb və hadisələrin dinc yolla cərəyan etməsinə köklənib”.
AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu Rusiya bürosuna açıqlamasında siyasi ekspert Qriqori Trofimçuk bildirib.
Onun fikrincə, Azərbaycan Ordusu keçmiş sovet məkanında ilk dəfə olaraq özünü tam şəkildə nümayiş etdirib: “İndiyədək çoxlu sayda hərbi təlimlərin şahidi olmuşduq, amma ordu vasitəsilə hansısa ciddi məsələsinin həll edilməsi olmamışdı”.
Q.Trofimçuk Azərbaycanın vaxtilə müharibəyə köklənmədiyini, lakin onilliklər ərzində məsələni başqa cür həll etməyin mümkün olmadığını qeyd edib.
Rusiya-Azərbaycan əməkdaşlığını şərh edərkən ekspert rəsmi Bakının əvvəldən Moskvanın dəstəyini hiss etdiyini bildirib: “İndi biz bütün tərəflərin məsələnin sülh yolu ilə həllində maraqlı olduğuna ümid edirik. Bu məsələdə heç bir revanşizm olmamalıdır. Birlikdə çalışacağıq ki, region dinc şəkildə inkişaf etsin”.