17 May 2024
Rusiyadan Zelenskinin kompromislərə dair referendum ideyasına REAKSİYA

Rusiyadan Zelenskinin kompromislərə dair referendum ideyasına REAKSİYA

22 Mart 2022
Baxış: 569

“Kreml prosesə zərər verməmək üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların təfərrüatlarını açıqlamır. Ukrayna suveren dövlətdir və onun hansısa dövlətdaxili prosedurları ola bilər və olmalıdır”.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskinin Ukraynada Rusiya ilə kompromislərə dair mümkün referendum ideyasına Kremlin necə baxdığı sualına cavabında bildirib.

“Amma bununla yanaşı, iki nümayəndə heyəti arasında danışıqlar mərhələsində olan maddələr var. Mən bu maddələrin təfərrüatlarına vara bilmərəm. Biz əminik ki, hazırda onların ictimaiyyətə açıqlanması yalnız danışıqlar prosesinə zərər verə bilər, hansı ki, danışıqlar prosesi bizim istədiyimizdən daha yavaş və daha az mənalı gedir”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov bildirib ki, Rusiya Federasiyasının Ukrayna ilə danışıqlarda mövqeyi şifahi və yazılı şəkildə formalaşıb. “Onlar (Rusiya Federasiyasının tələbləri-red.) Ukrayna tərəfinə yaxşı məlumdur. Mən bunu deyə bilərəm. Onlar təkcə şifahi deyil, həm də yazılı şəkildə çox aydın şəkildə izah edilib. Bütün zəruri sənədlərin layihələri bir neçə gün əvvəl ukraynalılara təhvil verilib”. Kremlin mətbuat katibi həmin sənəd layihələrinin dərc olunmayacağını qeyd edib.