20 May 2024
Rusiyadan Ukraynaya silah və hərbçi göndərən dövlətlərə SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ukraynaya silah və hərbçi göndərən dövlətlərə SƏRT XƏBƏRDARLIQ

09 Mart 2022
Baxış: 430

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:

“Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər”.

Qeyd edək ki, fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski ölkədə xarici ərazi müdafiə legionunun yaradıldığını elan edib. Ardınca isə hərbi əməliyyatlarda iştirak etmək üçün xaricdən ölkəyə gələnlər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.