18 May 2024
Rusiyadan uçuşların həyata keçiriləcəyi ölkələrin adları məlum olub

Rusiyadan uçuşların həyata keçiriləcəyi ölkələrin adları məlum olub

24 İyul 2020
Baxış: 450

Rusiyadan beynəlxalq uçuşların həyata keçiriləcəyi ölkələrin adları məlum olub.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, avqustun 1-dən etibarən Rusiyadan Türkiyə, Böyük Britaniya və Tanzaniya ilə uçuşların həyata keçirilməsi barədə razılıq əldə olunub.

Avqustun 1-dən etibarən Rusiyadan Ankara və İstanbula müntəzəm reyslərin həyata keçirilməsinə başlanılacaq. Avqustun 10-dan isə kurort şəhərləri olan Antalya, Bodrum və Dalamana uçmaq mümkün olacaq.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikovanın bildirib ki, beynəlxalq uçuşların olacağı ölkələrin siyahısı yaxın vaxtlarda genişlənəcək.

Nəqliyyat naziri Yevgeni Ditrix isə Rusiyanın 30 ölkə ilə danışıqlar apardığını qeyd edib.

Rusiyaya gələcək xarici vətəndaşlardan uçuşdan 48 saat öncə koronavirus testi vermək tələb olunacaq.

Teqlər: Rusiya